Yevgeni Sloboda: Seçkilər Azərbaycanın Seçki Məcəlləsi pozulmadan keçirilir

Yevgeni Sloboda: Seçkilər Azərbaycanın Seçki Məcəlləsi pozulmadan keçirilir

“Seçkilər Azərbaycan Respublikasının Seçki Məcəlləsi pozulmadan keçirilir”.
AZƏRTAC xəbər verir ki, bu sözləri Müstəqil Dövlətlər Birliyinin müşahidə missiyası qərargahının rəhbəri Yevgeni Sloboda deyib. O bildirib ki, seçkilər fəal şəkildə keçirilir.
“Azad, demokratik seçkilərin keçirilməsi üçün hər cür şərait yaradılıb. Bütün seçki məntəqələri lazımi rabitə vasitələri, texnika ilə təchiz edilib”, - deyə Y.Sloboda bildirib.
Xatırladaq ki, MDB-dən olan müşahidəçilər missiyası Azərbaycan Respublikasının dəvəti ilə oktyabrın 14-dən Milli Məclisə seçkilərin hazırlanması və keçirilməsi ilə bağlı işlərin monitorinqini aparır.