Türkiyə türkcəsini daha dərindən öyrənmək, yaxud bu dildə danışmaq imkanlarını təkmilləşdirmək istəyənlər üçün daha bir şans yaranıb. Belə ki, Bakı Yunus Əmrə İnstitutunda türkcə kursları üçün yeni qeydiyyat başlayıb.
Bakı Yunus Əmrə İnstitutundan qəzetimizə verilən məlumata görə, qeydiyyat müddəti 22 yanvar-7 fevral tarixlərini əhatə edir. Qeydiyyatdan keçmək istəyənlər şəxsiyyət vəsiqəsinin surəti və 3x4 ölçüdə 1 ədəd fotoşəkillə Nəsimi rayonu, Rəşid Behbudov küçəsi 142 ünvanına müraciət edə bilərlər.