Çinin Lançjou Neft-Kimya Kollecinin məzunları Azərbaycan Dövlət Neft və Sənaye Universitetində təhsil alacaqlar

Çinin Lançjou Neft-Kimya Kollecinin məzunları Azərbaycan Dövlət Neft və Sənaye Universitetində təhsil alacaqlar

Çinin Lançjou Neft-Kimya Kollecinin 200-ə yaxın məzunu hər il Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) hazırlıq, bakalavr və gələcəkdə magistr səviyyələri üzrə təhsil alacaq.
Çin Xalq Respublikasında səfərdə olan ADNSU-nun rektoru, professor Mustafa Babanlının dekabrın 22-də bu ölkənin Lançjou Neft-Kimya Kollecinin prezidenti, professor Gao Pu ilə görüşündə bununla bağlı razılıq əldə edilib və tərəflər arasında əməkdaşlığa dair müqavilə imzalanıb.
Universitetdən AZƏRTAC- a bildiriblər ki, dekabrın 24-dək davam edəcək səfər çərçivəsində rektor M.Babanlının bir sıra görüşləri nəzərdə tutulub.