Dövlət Təhlükəsizliyi Xidməti Silahlı Qüvvələrə Yardım Fonduna ianə edib

Dövlət Təhlükəsizliyi Xidməti Silahlı Qüvvələrə Yardım Fonduna ianə edib

Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) əməkdaşları işğal altındakı torpaqlarımızın azad olunması uğrunda mübarizə aparan Azərbaycan Ordusuna dəstək məqsədilə Silahlı Qüvvələrə Yardım Fonduna könüllü olaraq 500 min manat məbləğində ianə ediblər.
DTX-nin ictimai əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, hazırda pul vəsaitlərinin köçürülməsi davam edir.
Dövlət Təhlükəsizliyi Xidmətinin şəxsi heyəti şanlı Azərbaycan Ordusunun Qarabağ Vətən müharibəsində qələbəsinə əmindir. Qarabağ Azərbaycandır! Zəfər Azərbaycanındır!