Xəbər verdiyimiz kimi, oktyabrın 23-də Bakı şəhərinə etap zamanı müşayiət altından qaçan iki təqsirləndirilən şəxsin axtarışı üzrə təxirə salınmadan əməliyyat tədbirləri təşkil olunub.
Ədliyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, həbsdən qaçan Əli Rasim oğlu Ağami oktyabrın 26-da Ədliyyə Nazirliyinin Penitensiar xidməti tərəfindən görülmüş kompleks əməliyyat-axtarış tədbirləri nəticəsində tutularaq istintaq təcridxanasına yerləşdirilib.
Digər təqsirləndirilən şəxs Etibar Ələkbər oğlu Məmmədovun axtarışı istiqamətində zəruri tədbirlər davam etdirilir.