Azərbaycan Gənclər Fondunun maliyyə dəstəyi ilə 'Mənim tolerant vətənim' adlı layihənin bağlanış mərasimi keçirilib. Tədbiri giriş sözü ilə açan layihə rəhbəri Elmir Əlizadə gənclərə layihənin əhəmiyyəti barədə ümumi məlumat verib, layihənin məqsədini və layihə ərzində keçirilən təlimlərin mövzularını bir daha iştirakçıların diqqətinə çatdırıb.
Daha sonra təlimçi tolerantlıq haqqında geniş məlumat verib, layihə iştirakçısı olan gənclərin movzu ilə əlaqədar verdiyi suallar cavablandırılıb və tədbir ümumi müzakirə formatında davam edib.
Sonda isə istirakçılara sertifikatlar olunub.