MTRŞ xəbər televiziya kanalının yaradılması ilə bağlı müsabiqə elan edib

MTRŞ xəbər televiziya kanalının yaradılması ilə bağlı müsabiqə elan edib

Noyabrın 14-də Milli Televiziya və Radio Şurasının (MTRŞ) növbəti iclası keçirilib.
Şuradan AZƏRTAC-a bildiriblər ki, iclasda xəbər televiziya kanalının yaradılması barədə müzakirələr aparılıb və ixtisaslaşmış (xəbər) televiziya kanalının açılması üçün ümumrespublika televiziya yayımı üzrə Bakı və Abşeron ərazisində 31-ci tezlik resursuna 2017-ci il noyabrın 16-dan dekabrın 16-dək müsabiqə elan edilib.
İclasda, həmçinin Dalğa TV-nin peyk yayımı üçün lisenziya verilməsi barədə müraciətinə baxılıb və ona peyk yayımı üçün müddətsiz lisenziya verilməsi barədə qərar qəbul edilib.