Tur-aksiya iştirakçısı: Ekskursiyanın hər dəqiqəsi bizim üçün faydalı keçir

Tur-aksiya iştirakçısı: Ekskursiyanın hər dəqiqəsi bizim üçün faydalı keçir

“Ekskursiyamızın proqramı elə hazırlanıb ki, bir gün ərzində gəzdiyimiz rayonların tarixi yerləri, təbiət mənzərələri, həm də yeni infrastruktur layihələri ilə tanış olmaq imkanı qazanırıq. Tur-aksiyanın hər dəqiqəsi bizim üçün faydalı keçir. Gəzirik, görürük və öyrənirik... Şimal bölgəsinə ekskursiyada iştirak etdiyimə görə çox şadam”.
Bu sözləri AZƏRTAC-a müsahibəsində “Ölkəmizi tanıyaq” devizi ilə keçirilən maarifləndirici tur-aksiya çərçivəsində Quba-Qusar-Xaçmaz marşrutu üzrə ekskursiyanın iştirakçısı Mehriban Muradxanlı söyləyib.
Qubadlı rayon Çingiz Quliyev adına Çardaxlı kənd tam orta məktəbin şagirdi deyib: “Biz bütün günü maraqlı məkanları gəzdikdən sonra axşamlar bir yerə toplaşıb intellektual oyunlar oynayırıq. Bu da ekskursiyanın ən həyəcanlı məqamlarındandır. Ümumiyyətlə, kollektiv şəkildə tur-aksiyada iştirak etmək daha maraqlıdır”.