ABŞ-da atışma olub, 6 nəfər yaralanıb

ABŞ-da atışma olub, 6 nəfər yaralanıb

ABŞ-ın Texas ştatında atışma olub. 

Bu barədə yerli polis orqanı “Tvitter”-də paylaşım edib. 

Hadisə 11 iyun gecə saat 02.11 radələrində Hyuston şəhərində “Tabu” gecə klubunun dayanacağında baş verib. Naməlum şəxs dayanacağı atəşə tutub. Nəticədə 6 nəfər yaralanıb, yaralılardan birinin durumu ağırdır. 

Atəş açan şəxs hələlik saxlanılmayıb. 

Araşdırma aparılır.