AZAL Bakıdan Almatıya uçuşlara başlayır

AZAL Bakıdan Almatıya uçuşlara başlayır

"Azərbaycan Hava Yolları" QSC (AZAL) martda Bakıdan Qazaxıstanın Almatı şəhərinə uçuşlar yerinə yetirməyə başlayacaq.

AZAL xəbər verir ki, aviareyslər həftənin çərşənbə axşamı və cümə günləri həyata keçiriləcək.

Reyslərə yalnız COVID-19 pandemiyası səbəbindən tətbiq edilən qüvvədə olan məhdudiyyətlər şəraitində uçuşuna icazə verilən sərnişinlər qəbul ediləcək.

Qazaxıstana səyahət edən Azərbaycan vətəndaşları bu ölkəyə giriş qaydaları ilə aşağıdakı keçid vasitəsilə tanış ola bilərlər: https://www.azal.az/az/information/covid-kazakhstan.

Azərbaycana giriş qaydaları ilə aşağıdakı keçid vasitəsilə tanış olmaq mümkündür:

https://www.azal.az/az/information/covid-azerbaijan.

Hazırda AZAL-ın aşağı büdcəli törəməsi - “Buta Airways” şirkəti də həftədə üç dəfə Bakı-Almatı-Bakı marşrutu üzrə uçuşlar yerinə yetirir.

Günel