Azərbaycan Vaşinqtonda Ermənistanla keçiriləcək görüşdən imtina edib: "Bu şərtlər altında..."

Azərbaycan Vaşinqtonda Ermənistanla keçiriləcək görüşdən imtina edib: "Bu şərtlər altında..."

ABŞ-ın birtərəfli yanaşması onun vasitəçilik rolunu itirməsinə gətirib çıxara bilər.

Bu barədə XİN-in ABŞ dövlət katibinin köməkçisi Ceyms O’Braynın Nümayəndələr Palatasının Xarici İşlər Komitəsinin Avropa üzrə alt komitəsinin dinləmələrində verdiyi əsassız açıqlamalarına dair şərhində deyilir.

“Bu şərtlər altında bizim 20 noyabr 2023-cü ildə Vaşinqtonda Azərbaycan və Ermənistan xarici işlər nazirləri səviyyəsində keçirilməsi təklif olunan görüşün baş tutmasını mümkün hesab etmədiyimizi qeyd etmək vacibdir”, - qeyd olunub.