Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 17 yeni yoluxma faktı qeydə alınıb, 48 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 7 nəfər vəfat edib.
Azərbaycanda indiyədək ümumilikdə 829 345 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 819 063 nəfər müalicə olunaraq sağalıb, 10 160 nəfər vəfat edib, aktiv xəstə sayı 160 nəfərdir.