Azərbaycandakı Türkiyə vətəndaşlarının səsverməsi başlayıb

Azərbaycandakı Türkiyə vətəndaşlarının səsverməsi başlayıb

Azərbaycandakı Türkiyə vətəndaşlarının prezident və parlament seçkiləri üzrə səsverməsi başlayıb.

Mayın 5-də Bakı vaxtilə səhər saat 09:00-dan etibarən seçki məntəqələri açılıb.

Qardaş ölkə vətəndaşlarının səsverməsi üçün Azərbaycanda 15 seçki məntəqəsi yaradılıb. Onlardan 9-u Bakıda yerləşir. Bundan başqa, Türkiyə vətəndaşları Naxçıvan və Gəncədə də səs verə bilirlər.

Türkiyənin Azərbaycandakı səfirliyindəki seçki məntəqəsində ilk səsverənlərdən biri səfir Cahit Bağçı olub. 

Səsvermə bütün ünvanlarda mayın 7- si saat 21:00- dək davam edəcək.

Xatırladaq ki, mayın 14-də Türkiyədə prezident və parlament seçkiləri keçiriləcək.