Azərbaycanın İsraildə səfirliyi və Fələstində Təmsilçilik Ofisi təsis edilir

Azərbaycanın İsraildə səfirliyi və Fələstində Təmsilçilik Ofisi təsis edilir

Azərbaycanın İsraildə səfirliyi və Fələstində Təmsilçilik Ofisi təsis edilir.

Bununla bağlı məsələ Milli Məclisin bu gün keçirilən iclasının gündəliyinə əlavə edilən "Azərbaycan Respublikasının İsrail Dövlətində (Tel-Əviv şəhərində) Səfirliyinin təsis edilməsi haqqında" və "Azərbaycan Respublikasının Fələstin Dövlətində (Ramallah şəhərində) Təmsilçilik Ofisinin təsis edilməsi haqqında" qanun layihələrində əksini tapıb.

Qanun layihələri müzakirələrdən sonra bir oxunuşda qəbul edilib.