Azərbaycanın Türkiyədəki Səfirliyi 4 vətəndaşın yerini müəyyən edib

Azərbaycanın Türkiyədəki Səfirliyi 4 vətəndaşın yerini müəyyən edib

Azərbaycan Respublikasının Türkiyə Respublikasındakı Səfirliyinin həyata keçirdiyi araşdırma nəticəsində zəlzələdən sonra haqlarında məlumat alına bilinməyən 4 Azərbaycan vətəndaşının - Səfərov Fuad Ziyad oğlu, Əsgərov Həsənqulu Elşad oğlu, Qarayev Nicat Zaur oğlu və Vəliyev Namaz Allahverdi oğlunun Malatya Geri göndərmə mərkəzində olduqları müəyyən edilib. 

XİN-dən verilən məlumata görə, Səfirlik əməkdaşları sözügedən Azərbaycan vətəndaşları ilə görüş keçirib. Vətəndaşlar səhhətlərinin normal olduğunu bildiriblər.