Azərbaycanla Əlcəzair arasında diplomatik pasportlara malik şəxslər üçün viza tələbi ləğv edilib

Azərbaycanla Əlcəzair arasında diplomatik pasportlara malik şəxslər üçün viza tələbi ləğv edilib

Azərbaycanla Əlcəzair arasında diplomatik pasportlara malik şəxslər üçün viza tələbi ləğv edilib.

Prezident İlham Əliyev noyabrın 4-də bununla bağlı müvafiq qanunu imzalayıb.

Azərbaycanla Əlcəzair hökumətləri arasında diplomatik və xidməti pasportlara malik şəxslərin qarşılıqlı viza tələbindən azad edilməsi haqqında saziş 2022-ci il avqustun 10-da Bakı şəhərində imzalanıb.