Azərbaycanlı xilasedicilər 46 nəfəri dağıntılar altından sağ çıxarıblar

Azərbaycanlı xilasedicilər 46 nəfəri dağıntılar altından sağ çıxarıblar

"Azərbaycanlı xilasedicilər 46 nəfəri dağıntılar altından sağ çıxarıblar".

Bunu Azərbaycanın fövqəladə hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyev zəlzələ bölgəsində jurnalistlərə açıqlamasında deyib

O bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən, Türkiyədə baş vermiş zəlzələ ilə bağlı Fövqəladə Hallar Nazirliyinin 725 nəfərdən ibarət xilasediciləri Kahranmaraş şəhərində fəaliyyət göstəririlər: "Artıq 5-ci gündür ki, axtarış-xilaetmə işləri həyata keçirilir. İndiyədək xilasedicilərimiz dağıntılar altından 290-dan artıq meyit, 46 nəfəri isə sağ olaraq çıxarıblar".