Cənubi Koreyada zəncirvari qəza nəticəsində 80-dən çox şəxs xəsarət alıb

Cənubi Koreyada zəncirvari qəza nəticəsində 80-dən çox şəxs xəsarət alıb

Cənubi Koreyanın Qanqvan vilayətində 7 nəqliyyat vasitəsinin iştirakı ilə baş verən zəncirvari qəza nəticəsində 80-dən çox şəxs xəsarət alıb.

Yonhap agentliyi xəbər verir ki, qəzaya uğrayan nəqliyyat vasitələrindən üçü orta məktəb şagirdlərini daşıyan avtobusdur. Xəsarət alanlar tibb ocaqlarına yerləşdiriliblər.