Ceyhun Bayramov iranlı həmkarı ilə regiondakı son vəziyyəti müzakirə edib

Ceyhun Bayramov iranlı həmkarı ilə regiondakı son vəziyyəti müzakirə edib

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və iranlı həmkarı Hüseyn Əmir Abdullahiyan arasında görüş olub.

Bu barədə C.Bayramov tviterdə yazıb.

Nazirlər ikitərəfli əlaqələr və regional məsələləri müzakirə ediblər.

C.Bayramov İranın xarici işlər nazirini Ermənistanın Azərbaycanla sərhəddə törətdiyi son təxribatlar barədə məlumatlandırıb.