Dağıstanda partlayışda ölənlərin sayı 30-a çatıb, 3 günlük matəm elan olunub - YENİLƏNİB

Dağıstanda partlayışda ölənlərin sayı 30-a çatıb, 3 günlük matəm elan olunub - YENİLƏNİB

Mahaçqalada yanacaqdoldurma məntəqəsində baş vermiş partlayış nəticəsində ölənlərin sayı 30-a çatıb.

TASS xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Hallar Nazirliyindən bildirilib.

Qeyd olunub ki, dağıntılar altındakı daha 3 nəfərin meyiti tapılıb.

xxx

Mahaçqalada yanacaqdoldurma məntəqəsində baş vermiş partlayışda ölənlərin sayı artıb.

Bu barədə Rusiya mətbuatı məlumat yayıb.

Partlayış nəticəsində 3-ü uşaq olmaqla 27 nəfər həlak olub. Xəstəxanalarda 66 nəfərin olduğu bildirilir. Onlardan 10-nun vəziyyəti ağırdır.