Emin Əmrullayev cəmiyyəti savadsızlığa total reaksiya verməyə çağırıb

Emin Əmrullayev cəmiyyəti savadsızlığa total reaksiya verməyə çağırıb

“Biz savadsızlığa qarşı total reaksiya vermirik”.

Bunu elm və təhsil naziri Emin Əmrullayev iyulun 6-da “Sertifikatlaşdırma: Peşəkar müəllim-keyfiyyətli təhsil” mövzusunda keçirilən tədbirdə deyib.

O bildirib ki, bu problemi nazirlik tək həll edə bilməz: “Burada cəmiyyətin məsələyə münasibətləri köklü şəkildə dəyişməlidir. Dəyişməsə təhsil prosesində də keyfiyyəti tam mənası ilə yüksəltmək mümkün olmayacaq”.