Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkənin cənub-şərqində dağıdıcı zəlzələnin təsirinə məruz qalan bölgələrə gedərək, axtarış-xilasetmə işlərini yerində koordinasiya edəcək.
Anadolu agentliyi xəbər verir ki, dövlət başçısının ilk olaraq Kahramanmaraş şəhər mərkəzinə, oradan Pazarcık rayonuna gedəcəyi gözlənilir.
Rəcəb Tayyib Ərdoğanın daha sonra Hatay vilayətində axtarış-xilasetmə işlərinin gedişi ilə tanış olacağı planlaşdırılır.