Ermənistanda hərbçilərin olduğu “KAMAZ” maşını qəzaya düşüb.
Armenpress xəbər verir ki, noyabrın 16-da 09:50 radələrində baş verən qəzada hərbçi Qriqor Qriqoryan (2000-ci il) ölüb.
Qəzada daha 7 hərbi qulluqçunun da yaralandığı bildirilir.
Ermənistan Müdafiə Nazirliyi faktı təsdiqləyib.