Gələn il Dövlət Sosial Müdafiə Fondunun gəlirləri və xərcləri bərabər olmaqla 6 milyon 919,9 milyon manat məbləğində proqnozlaşdırılır ki, bu da 2023-cü ilin proqnozu ilə müqayisədə 651,9 milyon manat və ya 10,4 faiz çoxdur.
AZƏRTAC xəbər verir ki, bu, “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikası qanununun layihəsində öz əksini tapıb.
Fondun xərclərinin potensial hissəsini əmək pensiyalarının, müavinətlərin ödənişi, sanatoriya-kurort müalicəsi, əhaliyə sosial sahədə xidmətlərin göstərilməsi xərcləri, həmçinin Fondun aparatının və digər struktur bölmələrinin saxlanılması ilə bağlı xərclər təşkil edəcək.