İndoneziyanın Şərqi Nusa-Tenqara əyalətində gəmidə yanğın baş verib.
Sinxua agentliyinin xəbərinə görə, hadisə nəticəsində 13 nəfər həlak olub.
263 nəfər xilas edilərək sahilə çıxarılsa da, itkin düşənlərin axtarışı davam edir.
Məlumata görə gəmi sahildən aralandıqdan sonra yanğın başlayıb. Hadisənin səbəbi araşdırılır.