İranda ziyarətgaha hücum: 15 ölü, 27 yaralı

İranda ziyarətgaha hücum: 15 ölü, 27 yaralı

Bu gün İranın cənub-qərbində yerləşən Xuzistan vilayətinin Şiraz şəhərində Şahçıraq ziyarətgahında terror aktı törədilib.

İran KİV-in məlumatına görə akt nəticəsində indiyədək 15 nəfər ölüb, 27 nəfər yaralanıb.

İlkin məlumatlara görə, 3 silahlı şəxs ziyarətgaha daxil olub və atəş açmağa başlayıblar. Silahlı şəxslərin ikisinin tutulduğu, birinin isə axtarışda olduğu bildirilir.