Lənkəranda qəza olub, 5 nəfər xəsarət alıb

Lənkəranda qəza olub, 5 nəfər xəsarət alıb

Lənkəranda yol qəzası baş verib.

Yol-nəqliyyat hadisəsi Lənkəran-Boradigah yolunda, rayonun Cil kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. "Niva" və "Mercedes" markalı minik avtomobillərinin toqquşması nəticəsində 5 nəfər xəsarət alıb. Xəsarət alanlardan ikisi uşaqdır. Yaralılar Lənkəran rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.