Leyla Abdullayeva Azərbaycanın Fransadakı səfiri vəzifəsinə təyin edilib

Leyla Abdullayeva Azərbaycanın Fransadakı səfiri vəzifəsinə təyin edilib

Rəhman Sahib oğlu Mustafayev Azərbaycan Respublikasının Fransa Respublikasında, eyni zamanda Müqəddəs Taxt-Tacda və Monako Knyazlığında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb.

yeniazerbaycan.com-un xəbərinə görə, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.

Prezidentin digər sərəncamı ilə Leyla Yaşar qızı Abdullayeva Azərbaycan Respublikasının Fransa Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.