Müdafiə Sənayesi Nazirliyinin zavodunda partlayış olub

Müdafiə Sənayesi Nazirliyinin zavodunda partlayış olub

İyulun 24-də saat 12 radələrində Müdafiə Sənayesi Nazirliyinin (MSN) "Şirvan Araz zavodu" MMC-də partlayış baş verib.

Hadisə nəticəsində bir nəfər vəfat edib, bir nəfər isə əlindən xəsarət alıb.

Bu barədə MSN-dən məlumat verilib.

Hazırda araşdırma aparılır.

Əlavə məlumat veriləcək.