Neftin bahalaşması davam edir

Neftin bahalaşması davam edir

ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində, “Brent” neftinin ixracına dair 2022-ci ilin dekabr müqaviləsinin dəyəri 0,6% artaraq, 1 barelə 92,17 dollar təşkil edib.

Nyu-Yorkun NYMEX əmtəə birjasında bu ilin dekabrında ixrac etməklə WTI markalı neftin 1 barelinin qiyməti 0,59% artaraq, 85,03 dollara yüksəlib.