Numan Kurtulmuş Türkiyə Böyük Millət Məclisinin sədri seçilib

Numan Kurtulmuş Türkiyə Böyük Millət Məclisinin sədri seçilib

Hakim Ədalət və İnkişaf Partiyasının (AKP) İstanbul millət vəkili Numan Kurtulmuş Türkiyə Böyük Millət Məclisinin sədri seçilib.

O,  321 səslə sədr seçilib və növbəti 5 ildə bu vəzifəni icra edəcək. 

Qeyd edək ki, Türkiyədə 28 may 2023-cü ildə keçirilən Prezident seçkilərindən sonra müvəqqəti olaraq bu vəzifəni MHP sədri Dövlət Bağçalı icra edirdi.