“Ölkə əhalisinin keyfiyyətli su təminatı dünən, bu gün və sabah” mövzusunda konfrans keçirilir

“Ölkə əhalisinin keyfiyyətli su təminatı dünən, bu gün və sabah” mövzusunda konfrans keçirilir

Bu gün “Ölkə əhalisinin keyfiyyətli su  təminatı dünən, bu gün və sabah” mövzusunda konfrans keçirilib.

Tədbiri “Sanitariya Epidemioloji Xidmətlər” MMC-nin direktoru Fuad Həsənzadə  açıq elan edib. Bildirilib ki, sözügedən konfrans çağdaş Azərbaycan dövlətinin banisi ulu öndər Heydər Əliyevin 100 illik yubileyinə təsadüf edir: “Konfrans su mənbələrinin zərərli mikroorqanizmlərdən qorunması, insanların sağlamlığının mühafizəsi, habelə sudan səmərəli və qənaətlə istifadəsi haqqındadır. MMC ilk gündən qeyri-neft sektorunun bir seqmenti olan epidemiologiya sahəsində uğurlu fəaliyyət göstərir”.

Daha sonra tədbir məruzəçilərin çıxışı ilə davam edib.

Müşfiqə Bayramlı