Özbəkistanın yeni Konstitusiyasını referendumda seçicilərin 90,21% - i dəstəkləyib

Özbəkistanın yeni Konstitusiyasını referendumda seçicilərin 90,21% - i dəstəkləyib

Özbəkistanın yeni Konstitusiyası haqqında qanun layihəsi referendumda seçicilərin 90,21% - i tərəfindən dəstəklənib

Aprelin 30-da keçirilmiş referendumda Özbəkistanın yeni Konstitusiyası haqqında qanun layihəsi, ilkin məlumatlara görə, ölkə vətəndaşlarının 90,21% - i tərəfindən dəstəklənib.

“Yeni Azərbaycan” qəzetinin əməkdaşı Daşkənddən xəbər verir ki, bu barədə Özbəkistan MSK-nın sədri Zayniddin Nizamxodjayev bildirib.

O, əlavə edib ki, 9,35% əleyhinə səs verib.

"Səsvermədə 16 milyon 673 min 189 vətəndaş və ya səsvermə siyahısına daxil edilmiş 84,54% vətəndaş iştirak edib", - Nizamxodjayev bildirib.

"Referendum beynəlxalq standartlara və normalara, eləcə də Özbəkistan qanunvericiliyinə tam uyğun keçirilib. Hər bir seçicinin azad iradə ifadə etmək hüququ var idi", - MSK rəhbəri vurğulayıb.

Onun sözlərinə görə, referendumun yekun nəticəsinə təsir etməyən ayrı-ayrı nöqsanlar "o cümlədən KİV və ictimaiyyətin diqqəti sayəsində vaxtında aşkar edilərək aradan qaldırılıb".

Özbəkistanda konstitusiyaya dəyişiklik edilməsi ilə bağlı referendum ölkə Prezidenti Şavkat Mirziyoyevin təşəbbüsü ilə keçirilir.

N.Nurullayeva

Daşkənd