Qusardan Bakı istiqamətində hərəkətdə olan sərnişin avtobusunun aşması nəticəsində xəsarət alan 19 nəfər TƏBİB-in tabeliyindəki Quba Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Xəstəxanadan AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, xəsarət alanların 4-ü azyaşlıdır. Xəsarət alanlara tibb müəssisəsinin təcili tibbi yardım şöbəsində zəruri tibbi xidmətlər göstərilir. Onların vəziyyətləri stabil olaraq qiymətləndirilir.