Rəssamlıq Akademiyasına yeni rektor təyin edildi

Rəssamlıq Akademiyasına yeni rektor təyin edildi

Prezident İlham Əliyev N.K.Əliyevin Azərbaycan Rəssamlıq Akademiyasının rektoru təyin edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncama əsasən, Natiq Kamal oğlu Əliyev Azərbaycan Rəssamlıq Akademiyasının rektoru təyin edilib.

Dövlət başçısının digər sərəncamı ilə Ömər Eldarov Azərbaycan Rəssamlıq Akademiyasının rektoru vəzifəsindən azad edilib.