Rusiya Prezidenti “Vaqner” döyüşçülərinə müraciət və xəbərdarlıq edib

Rusiya Prezidenti “Vaqner” döyüşçülərinə müraciət və xəbərdarlıq edib

Rusiya Prezidenti Vladimir Putin silahlı qiyam qaldıran “Vaqner” döyüşçülərinə müraciət edib.

Dövlət başçısı “vaqner”çiləri kriminal fəaliyyətlərini dayandırmağa çağırıb.

V.Putin silahlı qiyama sürüklənənlərə ölümcül səhvə yol verməmək barədə xəbərdarlıq edib.

Vladimir Putin Rostovda vəziyyətin gərgin olduğunu, dövlət orqanlarının işinin iflic vəziyyətə gətirildiyini bildirib. “Silahlı qiyam təşkil edənlər və silahdaşlarına qarşı silah qaldıranlar Rusiyanı satanlardır. Bir prezident, Ali Baş Komandan və Rusiya vətəndaşı olaraq mən ölkəni qorumaq üçün əlimdən gələni edəcəyəm. Qəti addımlar atılacaq”, - deyə o vurğulayıb.