Rusiyanın Saxalin vilayətində yerli vaxtla səhər saat beş radələrində (Bakı vaxtı ilə saat 06:00) yaşayış binasında məişət qazının sızması nəticəsində partlayış baş verib. Hadisə zamanı binanın bir hissəsində beşinci mərtəbədən birinci mərtəbəyə qədər çökmə baş verib.
Bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin Saxalin vilayəti üzrə Baş İdarəsinin mətbuat xidməti məlumat yayıb.
Partlayış nəticəsində 3-ü uşaq olmaqla 8 nəfər ölüb.