Sabahın hava proqnozu: yağış və qar gözlənilir

Sabahın hava proqnozu: yağış və qar gözlənilir

Milli Hidrometeorologiya Xidməti martın 9-da ölkə ərazisində gözlənilən hava şəraiti haqqında məlumat yayıb. 

Xidmətdən bildirilib ki, Bakıda və Abşeron yarımadasında martın 9-da günün birinci yarısında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir.

Yarımadanın bəzi ərazilərində yağıntının intensivləşəcəyi ehtimalı var.

Azərbaycanın rayonlarında martın 9-da ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Bəzi yerlərdə yağıntıların intensivləşəcəyi ehtimalı var.

Bəzi bölgələrdə yağış nəticəsində əksər çaylarda sululuğun artacağı gözlənilir.