Sankt-Petereburqda kafedə baş verən patlayışda 25 nəfər xəsarət alıb.
Rusiya DİN-nin xəbərinə görə, 19 nəfər xəstəxanaya yerləşdirilib. Onlardan 10 nəfərin vəziyyəti ağırdır.
xxx
Rusiyanın Sankt-Peterburq şəhərinin mərkəzində partlayış baş verib.
Bu barədə “TASS”a fövqəladə hallar xidmətlərindən məlumat verilib
Qeyd olunub ki, partlayış Universitet sahilində yerləşən “Street-bar” kafesində olub.
Nəticədə bir nəfər ölüb, on beş nəfər yaralanıb. Qeyd olunub ki, ölən hərbi jurnalist Vladlen Tatarskidir.
Hazırda aidiyyatı qurumlarla birgə hadisənin baş vermə səbəbi araşdırılır.