Saytlara və qəzetlərə dəstək layihəsi ilə bağlı müsabiqənin nəticələri açıqlanıb

Saytlara və qəzetlərə dəstək layihəsi ilə bağlı müsabiqənin nəticələri açıqlanıb

Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi (MEDİA) tərəfindən çap mediası və onlayn media subyektlərinə (veb-saytlara) dəstək layihəsi çərçivəsində elan edilmiş müsabiqənin nəticələri açıqlanıb.

Bu barədə MEDİA-dan məlumat verilib.

Belə ki, ictimai siyasi məzmunlu 33, idman məzmunlu 6 onlayn (veb-sayt) və 17 çap media subyekti müsabiqənin qalibi elan olunub.