İndiyə olan məlumata görə, HƏMAS-ın hücumu nəticəsində İsraildə ölən və yaralananlar arasında Azərbaycan vətəndaşları yoxdur.
Bu barədə KİV-ə Azərbaycanın İsraildəki səfirliyindən bildirilib.
Qeyd olunub ki, hazırda Azərbaycan və İsrail arasında mütəmadi hava reysləri davam etdirilir.
Səfirlik bildirib ki, İsraildəki vəziyyətlə əlaqədar təxliyə olunmaq üçün müraciət halları azdır.