Şəkidə qəsdən adam öldürmə faktına görə cinayət işi başlanıb

Şəkidə qəsdən adam öldürmə faktına görə cinayət işi başlanıb

Şəkidə qəsdən adam öldürmə faktına görə cinayət işi başlanıb.

Şəki Rayon Prokurorluğundan bildirilib ki, mayın 13-də Şəki rayon sakini, 1959-cu il təvəllüdlü İsmayıl Gülüyevin meyitinin yaşadığı evdə aşkar edilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Aparılmış araşdırmalarla 1998-ci il təvəllüdlü Katıf Gülməmmədlinin mayın 5-də aralarında yaranmış mübahisə zamanı atası İsmayıl Gülüyevi boğaraq qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı mayın 14-də Şəki rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb və Katıf Gülməmmədli şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

İbtidai istintaq davam edir.