Şəmkirdə minik və yük maşınları toqquşub, ölən və xəsarət alan var

Şəmkirdə minik və yük maşınları toqquşub, ölən və xəsarət alan var

Şəmkirdə ölümlə nəticələnən yol qəzası baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Seyidlər kəndində qeydə alınıb.

"VAZ 21099" markalı minik maşını ilə “KamAZ” markalı yük maşını toqquşub. Qəza nəticəsində “VAZ”-da olan sərnişin hadisə yerində ölüb, sürücüsü xəsarət alıb.

Hadisə yerinə DYP əməkdaşları cəlb olunub.