Azərbaycan Respublikasının Milli Məclisində təmsil olunan bütün siyasi partiyaların nümayəndələrinin müraciəti əsasında parlamentdə “Siyasi partiyalar haqqında” yeni qanun layihəsinin hazırlanması ilə bağlı müvafiq iş aparılır.
Bu barədə yeniazerbaycan.com-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Sənədin ictimai-siyasi əhəmiyyətini nəzərə alaraq, yeni qanun layihəsi ilə bağlı ictimai dinləmənin oktyabrın 24-də keçirilməsi nəzərdə tutulur, məlumatda bildirilir.