Stoltenberq: Türkiyə İsveçin ən qısa zamanda NATO-ya qəbuluna razılaşıb

Stoltenberq: Türkiyə İsveçin ən qısa zamanda NATO-ya qəbuluna razılaşıb

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İsveçin NATO-ya qəbulu ilə bağlı vetosunu ləğv etməyə razılaşıb. 

AZƏRTAC xəbər verir ki, bu barədə NATO-nun Baş katibi Yens Stoltenberq Vilnüsdə Türkiyə Prezidenti və İsveç Baş naziri ilə üçtərəfli görüşdən sonra keçirdiyi mətbuat konfransında deyib.

“Prezident Ərdoğan İsveçin NATO-ya daxil olması ilə bağlı protokolu ratifikasiya üçün Böyük Millət Məclisinə ən qısa zamanda təqdim etməyə razılaşıb”, - deyə Y.Stoltenberq bildirib. 

O, NATO-nun da öz növbəsində terrorla mübarizə üçün xüsusi mexanizm və nümayəndə postu yaradacağını vəd edib.