Sumqayıt şəhərində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Şəhər Polis İdarəsi xəbər verir ki, Ağamir Mirizadənin idarə etdiyi "Toyota Prius" markalı avtomobil yolu keçən 1981-ci il təvəllüdlü Elnur Musayevi vurub.
Piyada hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.