TDT-nin müsəlman dini liderləri Şuşada namaz qılıblar

TDT-nin müsəlman dini liderləri Şuşada namaz qılıblar

Türk Dövlətləri Təşkilatının (TDT) müsəlman dini liderləri Şuşadakı Yuxarı Gövhər Ağa məscidində birgə namaz qılıblar.

Onlar şəhidlərimizin ruhuna, eləcə də əbədi sülh və əmin-amanlıq naminə dualar oxuyublar.

Nümayəndə heyəti məsciddə Heydər Əliyev Fondu tərəfindən aparılan yenidənqurma və bərpa işləri ilə tanış olublar. Onlara görülən işlər barədə ətraflı məlumat verilib.