Türkiyə Mərkəzi Bankı növbəti dəfə uçot dərəcəsini sabit saxlayıb

Türkiyə Mərkəzi Bankı növbəti dəfə uçot dərəcəsini sabit saxlayıb

Türkiyə Mərkəzi Bankı uçot faiz dərəcəsini növbəti dəfə sabit saxlayıb.

Müvafiq qərar Türkiyə Respublikası Mərkəzi Bankının (TCMB) sədri Şahap Kavcıoğlunun sədrlik etdiyi Maliyyə Siyasəti Komitəsinin iclasında verilib. Belə ki, faiz dərəcəsi növbəti dəfə 8,5% olaraq təsdiqlənib.

Qeyd edək ki, Türkiyə Mərkəzi Bankı sonuncu dəfə fevral ayının 23-də uçot dərəcəsini azaldıb və 9%-dən 8,5%-ə endirib.