Türkiyədə 152 saat sonra dağıntılar altından qadın və 8 yaşlı uşaq sağ çıxarılıb

Türkiyədə 152 saat sonra dağıntılar altından qadın və 8 yaşlı uşaq sağ çıxarılıb

Türkiyədə 152 saat sonra dağıntılar altından qadın və 8 yaşlı uşaq sağ çıxarılıb.

Bu barədə ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb. 

Adıyamanda 8 mərtəbəli binanın 4-cü mərtəbəsində dağıntılar altında qalan 8 yaşlı Hacı Ahmet Eyici xilas edilib.

Bununla yanaşı, Elitaş Mahallesi deyilən ərazidə dağıntılar altında qalan 22 yaşlı Rəbiyə adlı qadın xilas olub.

İlkin tibbi yardımdan sonra hər ikisi xəstəxanaya aparılıb.