Türkiyədə seçkilərin I turunun yekun nəticəsi 19 mayda açıqlanacaq

Türkiyədə seçkilərin I turunun yekun nəticəsi 19 mayda açıqlanacaq

Türkiyə prezident seçkilərinin birinci turunun yekun nəticəsi 19 mayda açıqlanacaq.

Bu barədə Türkiyə Ali Seçki Şurasının (YSK) sədri Ahmet Yener mətbuat konfransı zamanı bildirib.

O qeyd edib ki, ölkə daxilində seçkilərdə seçici aktivliyi 88,92%, ölkə xaricində isə 52,69% səviyyəsində olub.

Ahmet Yener, həmçinin əlavə edib ki, 28 mayda keçiriləcək prezident seçkilərinin ikinci turu çərçivəsində ölkə xaricində yaşayan vətəndaşlar üçün səsvermə prosesi 23 mayda başlayacaq və 24 may 2023-cü il tarixində başa çatacaq.